Sizin link burada

Məşhur şou yenidən başlayır - SON YENİLİKLƏR

 

Şou-men Murad Dadaşov növbəti “Maşın şou”yla bağlı mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüşən aparıcı bildirib ki, şounun 15-ci sürəti “Xanımlar və cənablar” adı altında yayımlanacaq. O bildirib ki, verilişin yayımı 18 gün nəzərdə tutulub: “Buraxılışlar hər zaman olduğu kimi canlı yayımlanacaq və maşın ətrafında yenə 18 iştirakçı dayanaraq yarışa başlayacaq. Öncədən deyim ki, bu dəfə maşının ətrafında çox maraqlı iştirakçılar olacaq. Budəfəki “Maşın şou” yubiley olduğuna görə çox fərqli və maraqlı olacaq. Əminliklə deyə bilərəm ki, bu yarış Azərbaycana məxsusdur. Çünki bunu ilk biz etmişik və lisenziyamız da var. Düzdür, başqa bir ölkə də bunu etmişdi, amma sonradan bağladılar. Bu yarışla bağlı mənə bir çox ölkələrdən təkliflər də gəlir. Xüsusi olaraq Qazaxıstanın adını çəkə bilərəm. Onlar istəyirdilər ki, orada reallaşacaq “Maşın şou”nun da aparıcısı mən olum. Hələ ki, bununla bağlı konkret nəsə deyə bilməyəcəm”.

 

Şou-men bildirib ki, bu yubiley buraxılışda iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünür: “Bu dəfə 9 kişi və 9 qadın iştirakçı olacaq. Yeni buraxılışın çəkiliş meydançası və yayım otaqları yenidən Azərbaycanfilm Kinostudiyasının pavilyonunda qurulub. Açılış mərasimi bitdikdən sonra qaydalara əsasən hər bir iştirakçı MGP-nin xüsusi təyinatlı əməkdaşları ilə nəzərdə tutulan otelə yollanacaq və növbəti gecədən etibarən şouda “SƏSVERMƏ”nin nəticəsinə uyğun olaraq bir iştirakçı oyunu tərk edəcək.

 

Qeyd edək ki, M.Dadaşov bildirib ki, sonda avtomobil təqdim olunacaq.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>