Sizin link burada

Məşhur musiqiçi vəfat etdi - YENİLƏNİB

Məşhur amerikalı rok-musiqiçi Tom Petti vəfat edib.
 
APA-nın məlumatına görə, 67 yaşlı musiqiçi ürək tutmasından ölüb.
 
Tom Petti dünən koma vəziyyətində Kaliforniya ştatının Malibu şəhərindəki evində huşsuz vəziyyətdə aşkarlanıb. Musiqiçinin ailəsi və meneceri ölüm faktını artıq təsdiqləyib.
 
Qeyd edək ki, rok-musiqiçi məşhur “Tom Petty and the Heartbreakers” qrupunun yaradıcılarından olub.

 

 

02:26

 

Məşhur amerikalı rok-musiqiçi Tom Petti hazırda süni nəfəs aparatına qoşulub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 66 yaşlı T.Pettinin vəfat etməsi barədə xəbər yayılmışdı.

 

Musiqiçinin vəziyyəti kritikdir, onun koma vəziyyətində olduğu bildirilir.

 

Ötən axşam T.Petti huşsuz halda Malibu şəhərindəki (Kaliforniya ştatı)  evində aşkarlanıb. Qəflətən ürəyi dayanan musiqiçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

***

 

Məşhur amerikalı rok-musiqiçi Tom Petti 66 yaşında vəfat edib.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, T.Petti huşsuz halda Malibudakı  evində aşkarlanıb.

 

Qəflətən ürəyi dayanan T.Petti xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, rok-musiqiçi məşhur “Tom Petty and the Heartbreakers” qrupunun yaradıcılarından biri olub.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>