Sizin link burada

Həyat yoldaşı ölən müğənnimiz ərə getmək istəyir - VİDEO

Meyxanaçı-müğənni Samirə Yusifqızı növbəti dəfə ailə qurmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində deyib: “Yaşımın elə vaxtıdır ki, nə cavan, nə də qocayam, orta yaşdayam. Gözəl ailəni hamı arzulayar. Artıq 20 ildir ki, həyat yoldaşım rəhmətə gedib, amma ailə qurmamışam. Amma indi gözəl, yaxşı bir insan mənə elçi çıxsa, ailə quraram. Mənə milyoner ər lazım deyil, amma acından ölən də gəlib ətəyimdən yapışmasın. Yəni alfons olmasın. Övladlar da özü üçün sağ olsun. Amma adamın başı ağrıyanda yanında həmdəm istəyir”.

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>