Sizin link burada

Maestro Niyaziyə həsr olunmuş konsert olacaq

Oktyabrın 4-ü, saat 19:00 da Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konserti olacaq. Lent.az-ın məlumatına görə, tədbir görkəmli dirijor, musiqi ictimai xadim Niyaziyə həsr olunacaq. Tədbirdə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri çıxış edəcək.

 

Həmçinin, konsertdə həm milli, həm də Qərbi Avropa bəstəkarların əsərlərindən müxtəlif ariyalar səslənəcək.

 

Qeyd edək ki, konsert Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsidir.

 

Tədbirin informasiya dəstəkçisi Lent.az-dır

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>