Sizin link burada

Pekində Tahir Salahovun sərgisi təşkil edilib

Sentyabrın 23-dən etibarən bir ay müddətində Pekində Azərbaycan rəssamı Tahir Salahovun sərgisi keçirilməkdədir.

 

Azərbaycanın Çindəki səfirliyindən Lent.az-a verilən məlumata görə, hər il keçirilən Pekin İncəsənət Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış rəssam, heykəltəraş, dizayner və digər incəsənət adamlarının fərdi və tematik sərgiləri, ustad dərsləri, mühazirə və seminarları təşkil olunur.

 

Sərgi Pekindəki “798” incəsənət zonasında təşkil olunub. Builki festivalda çinli sənətsevərlər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər.

 

Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-yə yaxın əsəri nümayiş etdirilir. İki ölkə arasında mədəni sahədə əməkdaşlığa öz töhfəsini verən sərgi bir ay müddətində davam edəcək.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>