Sizin link burada

"Qarabağ" -"Roma" oyunun hakimləri açıqlandı

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı görüşə Portuqaliyadan olan hakimlər briqadasını göndərir.

 

Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

 

Onların işinə israilli hakim-inspektor Haim Jakov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Oleq Harlamov (Estoniya) olacaq.

 

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>