Sizin link burada

"Fənərbaxça"- "Beşiktaş" oyununun hakiminə AĞIR CƏZA

 

Ötən şənbə Türkiyə Super Liqasının “Fənərbaxça”- “Beşiktaş” oyununda fit çalan hakim Ali Palabıyık cəzalandırılıb.

 

Lent.az-ın fanatik.com.tr-yə istinadən məlumatına görə, Mərkəzi Hakim Komitəsi Ali Palabıyıka derbidəki kobud səhvlərinə görə 6 oyunluq cəza verəcək.

 

Həmçinin hakimin köməkçiləri ilə birgə derbilərdə fit çalmayacağı və ümumiyyətlə bu il ərzində “Beşiktaş”ın oyunlarını idarə etməyəcəyi bildirilib.

 

FİFA referisi olan Ali Palabıyıkın 6 həftə sonra TFF1 liqasındakı qarşılaşmaları idarə edəcəyi qeyd edilib.

 

Qeyd edək ki, qarşılaşma “Fənərbaxça” 2-1 hesabı ilə qalibiyyəti ilə başa çatıb. Oyun ərzində Palabıyık 5 qırmızı kart və 2 penal verib. 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>