Sizin link burada

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

Səyyar ASAN xidmət sentyabrın 25-dən oktyabrın 24-dək Şirvan və Xırdalan şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Xidmətdən Lent.az-a verilən məlumata görə, bundan başqa səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 12 - 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində, 19 sentyabr – 5 oktyabr Goranboy şəhərində vətəndaşların xidmətində olacaqlar. 

 

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə notariat fəaliyyəti; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. 

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>