Sizin link burada

Muğam Mərkəzində Beynəlxalq Musiqi Festivalı davam edir

Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

 

Lent.az-ın məlumatına görə, 23 Sentyabr  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

 

 

Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılandı.

 

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi 26 sentyabr tarixində Yeni Münhen Filarmonik Orkestrinin konserti ilə baş tutacaq.

 

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi Lent.az-dır.

 

 

 

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>