Sizin link burada

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

Hindistanın Carkxand ştatında fişəng istehsal edən fabrikdə güclü yanğın baş verib.

 

APA-nın məlumatına görə, bu barədə “Hindustan Times” qəzeti xəbər verib.

 

Kumardubi yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Hazırda hadisə yerində 6 yanğınsöndürən briqada çalışır. Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>