Sizin link burada

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunda, mebel mağazalarından birinin yanında baş verib.

 

Şəmkir rayonunun Könüllü kənd sakini, 1995-ci il təvəllüdlü İdrisli Kənan Elçin oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına daxil olub.

 

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.  İlkin ehtimala əsasən, K.İdrisli mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>