Sizin link burada

ABŞ-da ardıcıl iki zəlzələ

ABŞ-ın Kaliforniya ştatında bir-birinin ardınca iki zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 5,7 maqnitudalı ilk zəlzələ Ferndeyl şəhərindən 204 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 9,1 km dərinlikdə yerləşib.

 

İkinci zəlzələ Ferndeyldən 58 km qərbdə baş verib. 5,6 maqnitudalı zəlzələnin ocağı 4,6 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>