Sizin link burada

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilərək 3 400 qrivna (130 ABŞ dollarına yaxın) məbləğində cərimə edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu məhkəməyə sədrlik edən hakim Yuri Bilous bəyan edib.

 

Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti M.Saakaşviliyə qarşı sərhədi qeyri-qanuni keçdiyinə görə iddia qaldırıb. Bu inzibati xəta üçün sanksiya 325 dollara qədər cərimə nəzərdə tutur.

 

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>