Sizin link burada

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

 
Abşeronda yaşlı qadının mənzilindən oğurluq etmiş 1979-cu il təvəllüdlü Heydər Əhmədov və 1984-cü il təvəllüdlü Elbrus Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Səbuhi Hüseynov sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
 
Söz dövlət ittihamçısına verilib. Prokuror  ittiham aktını elan edib.
 
 
Hər ikisi şəxs məhkəmədə özlərini təqsirli bilib və peşman olduqlarını deyiblər.
 
 
 
Daha sonra zərərçəkmiş Dürdanə Abbasova ifadə verib. Onun sözlərinə görə, hadisə zamanı xəsarətlər alıb. 
 
 
"Evə girəndə bunlardan cavan olanını gördüm. Vallah, elə pis oldum ki. Dedim, axı bu uşaqdır, niyə belə edir?! Məndən pul istədilər. Dedilər, torpaq satmısınız, pul verin. Amma biz torpaq satmamışdıq. 7-8 ay əvvəl qardaşım torpaq satmışdı".
 
 
O əlavə edib ki, əgər təqsirləndirilən şəxslər ona xəsarət yetirməsəydi, şikayətçi olmayacaqdı: "400 manatlıq oğurluq olub. Protezimi də çıxarıb masanın üstünə qoymuşdum. Hamısını götürüblər. Mən bunları görəndə ağladım ki, bu cavan uşaqdı, niyə belə edir?! 4 min manatımı da aparsaydılar, şikayətçi olmayacaqdım. Amma mən onlara müqavimət göstərə bilmədiyim halda məni vurdular, xəsarət yetirdilər".
 
 
Zərərçəkmiş qadın təqsirləndirilən şəxslərə qanununa uyğun cəza verilməsini istəyib. 
 
Qeyd edək ki, mənzil sahibini döyərək xəsarət yetiriblər. Evdə tək olan yaşlı qadının qızıl protez dişlərini, nağd pulunu götürüblər. İttihama görə, onlar mənzil sahibinə 615 manat zərər vurublar.
 
Onlar digər cinayət əməlini isə Zamirə Abıyevaya qarşı törədiblər. Təqsirləndirilənlərdən Elbrus Məmmədov Z.Abıyevanın çantasından mobil telefonunu oğurlayıb.
 
Elbrus Məmmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq), Heydər Əhmədov isə həm 177-ci (oğurluq)  həm də 181-ci (quldurluq)maddələri ilə ittiham edilir.
 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>