Sizin link burada

İfadə verən şəxsin düzgün danşıb-danışmamasını aparatla yoxlayıblar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə MTN-nin keçmiş əməkdaşı, general-mayor Məzahir Yaqubov ifadə verib. O, Azərsu ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin qanunsuz olaraq həbs edilməsi epizodu üzrə danışıb.

 

Bildirib ki, Mətləb Mustafayev həbs olunandan sonra onunla üç dəfə görüşüb: "Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində "Polqraf" aparatı ilə əməliyyat aparmışıq. Bu həmin şəxsin düzgün danşıb-danışmaması ilə bağlı olub. Ürək döyüntülərindən hiss etdik ki, Mətləb Mustafayev düz danışır. Bu əməliyyatlarda İlqar Əliyevin özü də iştirak edib".

 

Mətləb Mustafayev bildirib ki, həbsdə olduğu müddətdə Məzahir Yaqubovla 3 dəfə deyil, 5 dəfə görüşüb: "Həmin görüşlərdə verilən 80 sualdan cəmi 3 və ya 4-ü tapança ilə bağlı olub. Qalan suallar isə çaşdırıcı suallar idi. Tapançanı haradan almağım  neçiyə almağım barədə isə heç bir sual verilməyib".

 

 

Prokuror Elçin Quliyevdən soruşub ki, "Polqraf" aparatının istifadəsinə razılıq olub? Elçin Quliyev isə cavab verib ki, həmin aparat bütün dünyada istifadə edilir və heç bir təhlükəsi yoxdur. Onun sözlərinə görə, həmin aparatdan istifadə edilməsi üçün şəxsin razılığı olub.

 

Məzahir Yaqubovda bildirib ki, aparatdan istifadə edilməsi üçün Mətləb Mustafayevin razılığı olub.

 

Mətləb Mustafayev isə generalın yalan danışdığını, həmin aparatla üzərində əməliyyat aparat aparılması üçün heç bir yazılı və ya şifahi razılığı olmayıb.

 

Proses sentyabrın 25-də davam edəcək.

 

 

 

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>