Sizin link burada

"İŞİD-dən xilas edilən uşaqların Azərbaycana gətirilməsi üçün iş aparılır"

Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

 

Bunu APA-ya açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.

 

R.Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib: “Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, sığınacağa gətirilən iki yaşlı Xədicə və 3 yaşlı Abdullanın valideynləri onları “İŞİD”in nəzarətində olan ərazilərə aparıblar. Valideynlərin öldüyü deyilir. 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>