Sizin link burada

Faiq Ağayev saçını rəngləyən kişiləri müdafiə etdi - VİDEO

“Mən saçıma boyanı vurdurandan sonra Faiq Ağayevliyimi itirmirəm”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan xalq artisti Faiq Ağayev deyib. O, plastik əməliyyat keçirdiyinə, saç rənglədiyinə görə tənqid olunan kişi müğənnilərimizin müdafiəsinə qalxıb: "Təzyiqlər görmüşəm. Daha sonra təzyiqləri edənlər öz səhvlərini anlayıblar. İncəsənət tam başqa bir sahədir. Biz daha qabarıq, daha rəngarəng olmalıyıq. Səhnə cavanlığı sevir. Bizi tamaşaçıların, əhalinin mühafizəkar hissəsi var. Onlar ümumiyyətlə dəyişikliklərə "yox" deyirlər. Bax, onların xoşuna gəlmək üçün deyirlər. Tutalım ki, sən mentallığa uyğunsan, bəs sənin oxuduğun nədir? Bir qəpik qiyməti də yoxdur. Səhnə geyimin, səhnə danışığın sıfırdır. Mentallığı sənətlə bağlamaq olmaz". 

 

Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin 2-ci günləri Yalçın Uğurun təqdimatında yayımlanır. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>