Sizin link burada

Şeyxülislam Türkiyəyə gedir

 

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

 

QMİ-nin Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlimata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirəcəyi «İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

 

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Türkiyəyə səfəri çərçivəsində Türkiyə Diyanət İşləri Başqanı vəzifəsinə yeni seçilmiş d-r Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>