Sizin link burada

Generalın məhkəməsində DAVA - Butulkalar atıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Elçin Quliyev məhkəmədə bildirib ki, bura gələn şahidlər öyrədilib: "Bunların hamısı papaq altında oturanlardır".

 

Maqsud Mahmudov isə buna etiraz edib: "Sənin kimi şərəfsiz, ləyaqətsiz generallar Heydər Əliyevin yaratdığı MTN-i dağıtdılar. Sən o şöbədə nə işləmisən? Hamı İlqar elədiyini deyir. Amma epizodları sən danışırsan".

 

Bu zaman Elçin Quliyev yerindən qalxaraq zərərçəkənlərin hamısını dələduz adlandırıb: "Bunlar hamısı prokurorun öyrətdikləri adamlardır. Bığ altında yatanları bura gətiriblər".

 

Mübahisə qızışıb. Elçin Quliyev və Maqsud Mahmudov bir-birinə su butulkasını atıblar.

 

Hali Maqsud Mahmudovu zaldan çıxarılıb.

 

 

Proses sabah davam edəcək

12:40

 

İfadəsini davan etdirəm Əbülfət Məmmədov qeyd edib ki, intihar etməmişdən bir gün qabaq Malik Mustafayevlə birlikdə restoranda olublar:

 

"Birlikdə olanda hər zaman araq içirdik. Lakin bu dəfə içki içmədi, özünü pis hiss etdiyini bildirdi. Yemək də yemirdi. Uzun müddətdir ki, evdən çölə çıxmırdı. Yaşamaq istəmədiyini bildirdi. Mən də ona təskinlik verirdim. Qardaşının tutulması ona pis təsir edirdi. Deyirdim ki, silahı qardaşın üstünə götürsün, uzağı bir ilə çıxar. Malik dedi ki, bu işdə silah boş şeydi, başqa söhbətlər var".

 

Şahid qeyd edib ki, görüşdən 1 gün sona Malikin intihar etməsini eşidib: "Evlərinə getdim. Evindən çıxan məktubda qeyd olunmuşdu ki, ölümünə heç kim səbəbkar deyil, özü intihar edib".

 

General Elçin Quliyev şahidin ifadəsinə arayış verərək deyib ki, o, Malik Mustafayevin rəisi olmayıb: "Elçin adını prokurorluqda verdiyi ifadəsində çəkməmisən. Sonradan könüllü istintaqa gəlib, ifadə verib. Malik Mustafayev intihar edəndən sonra Xətai rayon Prokurorluğunda istintaq aparılıb, cinayət işi olmadığı üçün işə xitam verilib. Bu müddət ərzində Malik Mustafayevin yaxın dostu kimi bu şahid istintaq cəlb olunmayıb. Mətləb Mustafayev həbsdən çıxandan sonra bu şahid də meydana çıxıb. İndi bu şahiddən soruşmaq istəyirəm ki, bu müddət ərzində şahid harada olub, bəlkə MTN tərəfindən təzyiq edirdilər, bəlkə başının kəsmək istəyiblər".

 

 

Şahid generalın çıxışına etiraz edib: "Burda baş kəsməkdən danışırsan, o qədər baş kəsibsən ki, ancaq baş kəsməkdən danışırsan. İstintaqa da özbaşına ifadə verməmişəm. Müstəntiq məni dəvət edib. Mən də ifadə vermişəm. Əli müəllimi şəxsən tanımıram. Malikdən eşitmişəm ki, Əli müəllim MTN-də işləyib".

 

12:08

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə intihar edən MTN polkovniki epizodu üzrə Əbülfət Məmmədov ifadə verib. O bildirib ki, Maliklə dost olub hər gün görüşüb:

 

"Malikin qardaşı tutulandan sonra ona rəisləri tərəfindən təzyiq edildiyi demişdi. O dedi ki, rəislərin içində Elçinin ona hədə qorxu gəlib, qardaşını başa salmalı olduğu deyib. Malik deyirdi ki, qardaşından Əli müəllim ( Əli Nağıyevi ) əleyhinə ifadə almaq istəyirdilər. Ölməzdən bir gün qabaq mənə deyirdi yaşamaq istəmirəm. Ən sevdiyi yerdən ona xəyanət etdiklərini söylədi".

 

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>