Sizin link burada

DİN 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Biləsuvarda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 20-də saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Lənkəran rayon sakinləri Samir Qasımovun  və İsfəndiyar Sadıxovun idarə etdikləri “Mercedes” və Bakı şəhər sakini Ədalət Babayevin idarə etdiyi “KamAZ” markalı 3 avtomobil toqquşub. Nəticədə S.Qasımov və sərnişinləri -Lənkəran rayon sakinləri Çingiz Nəsirov, Mahir Əhmədov və Pəri Əhmədova hadisə yerində, İlhamə Kazımova isə xəstəxanada ölüblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>