Sizin link burada

Ordumuz aviasiyadan atəş açdı - TƏLİMDƏN GÖRÜNTÜLƏR - YENİLƏNİB

 

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi ilə bağlı video görüntülər yayıldı. Lent.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir:

 

 

10:49

 

 

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

 

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

 

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>