Sizin link burada

Cənubi Koreya KXDR-ə əl uzatdı

Cənubi Koreyanın prezidenti Mun Çje İn KXDR idmançılarını Pxençxanda keçiriləcək 2018-ci il qış Olimpiadasına dəvət edib.

 

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya lideri bildirib ki, şimal qonşuların yarışlarda iştirakı Koreya yarımadasındakı gərginliyi nisbətən azalda bilər.  

 

“Bu münaqişənin həll oluna biləcəyini dünyaya göstərmək üçün gözəl bir fürsət ola bilər”, deyə Mun Çje İn vurğulayıb.

 

Qeyd edək ki, Pxençxan qış Olimpiadasını keçirmək hüququ uğrunda mübarizədə Almaniyanın Münhen və Fransanın Ansi şəhərini geridə qoyub. Yarışları 2018-ci il, fevralın 9-dan 25-dək davam edəcək. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>