Sizin link burada

Londondakı terrora görə daha bir nəfər tutuldu

London metrosunda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

 

Məlumata əsasən, ötən gün “Parsons Qrin” metro stansiyasında baş verən partlayışla bağlı 17 yaşlı oğlan saxlanılıb. Onun adı açıqlanmır. Ümumilikdə terror hadisəsi ilə əlaqədar indiyədək 6 nəfər saxlanılıb.

 

Sentyabrın 15-də London metrosunun “Parsons Qrin” stansiyasında törədilən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Partlayışa görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>