Sizin link burada

Poroşenko Ərdoğanla görüşdü

Sentyabrın 20-də Nyu-Yorkda Ukrayna prezidenti Petro Poroşenko və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

 

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibliyinin açıqlamasında bildirilir.

 

Söhbət zamanı tərəflər Kiyevdə keçiriləcək Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 6-cı toplantısına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Məlumata görə, Türkiyə prezidenti bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

 

Qeyd edək ki, Poroşenko və Ərdoğan Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak ediblər.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>