Sizin link burada

Mikroavtobus divara çırpıldı - 19 yaralı

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Qırmızı Şərq yaşayış məntəqəsində sərnişin avtobusunun divara çırpılması nəticəsində 19 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanalara yerləşdiriliblər, onların vəziyyətləri barədə məlumat verilmir. İlkin versiyaya görə, qəzaya səbəb mikroavtobusun əyləc sistemində yaranmış nasazlıq olub.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>