Sizin link burada

Prezident İlham Əliyev BMT-nin baş katibi ilə görüşdü - YENİLƏNİB

Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

 

APA-nın məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan örezidenti İlham Əliyev ilə görüşməkdən məmnunluğunu bildirib. Baş katib deyib: “Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan çox böyük və faydalı işlər görür, təşəbbüslər və tədbirlər həyata keçirir”.

 

Antonio Quterreş Azərbaycan ilə BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.

 

Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. Dövlət  başçısı BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışıb və bu cür layihələrin ölkəmizdə davam etdiyini deyib.

 

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğulayıb. Prezident İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib. Azərbaycan prezidenti qeyd edib ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur. Dövlət başçısı deyib ki, biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar.

 

Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışıb. Bildirib ki, bu kənddə bütün lazımi infrastruktur yaradılıb. Dövlət  başçısı qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Azərbaycan prezidenti vurğulayıb ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.

 

 

***

 

Azərbaycan prezidenti BMT-nin baş katibi ilə görüşüb.

 

APA-nın xəbərinə görə, sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>