Sizin link burada

Gəncədə maşın piyadanı vurdu

Gəncədə piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1986-cı il təvəllüdlü Yusifova Cavanşir Ağalı oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, C. Yusifovu şəhərin Xan bağı yaxınlığında avtomobil vurub.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>