Sizin link burada

"Medi Sina” klinikasının sahibinin cinayət işi barədə YENİ XƏBƏR

Bakı Apellyasiya Məhkəməsində "Medi Sina” klinikasının sahibi, mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun apellyasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi iclasda qərar elan edilib.
 
Qərara görə, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib. "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalovun (Hacı Mazan) 163 min manat vəsaitini mənimsəyib. Belə ki, R. Zeynalov müqavilə əsasında klinikanı M. Həşimova icarəyə verib.
 
Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib. 
 
“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40 min manat, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10 min manat, anestezioloq Firuz İbrahimov 15 min manat, assistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>