Sizin link burada

Prezident: "Ölkənin taleyi xalqın əlinə veriləndə uğur əldə etmək mümkündür"

"Azərbaycan qlobal enerji bazarında vacib rol oynayır. Ölkəmiz neft və qazın beynəlxalq bazara tədarükündə etibarlı tərəfdaş kimi dünyanın bir çox ölkəsi üçün enerji təhlükəsizliyini təmin edir".
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.
 
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birgə Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşmasına çox yaxındır.
 
"40 milyard dollardan artıq investisiyaya malik Cənub Qaz Dəhlizi dünyanın ən böyük infrastruktur layihələrindən biridir.
 
Bizim üçün digər prioritetlərdən biri də nəqliyyatdır. Avropa ilə Asiyanın arasında yerləşən Azərbaycan özünün coğrafi mövqeyindən istifadə edərək Avrasiyada böyük nəqliyyat mərkəzlərindən birinə çevrilmək niyyətindədir.
 
Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə maliyyə ayırır. Ölkəmizdən keçən bu dəhlizlər hər iki istiqamətdə ən qısa yol olacaq.
 
Azərbaycan ötən il müstəqilliyinin 25 illiyini qeyd edib. Ölkəmizin uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olanda, ölkənin taleyi xalqın əlinə veriləndə uğur əldə etmək mümkündür. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi odur ki, ölkəmiz müstəqildir. Azərbaycan azad siyasət yürüdür və bu siyasət xalqın marağına uyğundur", - deyə prezident vurğulayıb.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>