Sizin link burada

Azəri-Çıraq-Günəşliyə neçə milyard dollar yatırılacaq? - RƏSMİ RƏQƏM

 

Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun balans ehtiyatı 16 mlrd. barrel (2,2 mlrd. ton) həcmində dəyərləndirilir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

 

 

Onun sözlərinə görə, 1997-ci ildən 2017-ci ilin avqust ayının sonlarınadək AÇG-dən hasil edilmiş neftin ümumi miqdarı 3,218 mlrd. barrel və ya 435 mln. ton olub. "Yatağın gələcək uzunmüddətli istismar dövrü ərzində əlavə olaraq 4,7 mlrd. barrel və ya 635 mln. ton neftin çıxarılması planlaşdırılır. Saziş dövrünün sonunadək cəmi sərmayə qoyuluşunun hazırkı proqnoza əsasən 42,7 mlrd. dollar və əməliyyat xərclərinin 14,4 mlrd. dollar olması planlaşdırılır", - deyə vitse-prezident qeyd edib.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>