Sizin link burada

Bakıda sərxoş kişi polisi ayağa qaldırdı

Bakı sakininin polisə verdiyi məlumat yalan çıxıb. Lent.az xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yaşayan Babayev Fuad Faiq oğlu (ad şərtidir) Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək özünə məxsus “Mercedes” markalı 90 HD 343 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını deyib. Aparılan tədbirlər nəticəsində həmin maşın şikayətçinin evinin yaxınlığında tapılıb. Bəlli olub ki, Fuad Babayev polisə müraciət edərkən sərxoş olub və avtomobilini harada saxladığını xatırlaya bilməyib.

 

O, ayılandan sonra qeyri-dəqiq məlumat verdiyini anlayıb və üzrxahlıq edib.

LENT

19 Yanvar 2018

Digər xəbərlər >>>