Sizin link burada

Mobil telefonların ölkəyə qanunsuz yolla keçirilməsinin qarşısını alındı

Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefonlar və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar. Lent.az-ın Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobil Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Aparılan yoxlama zamanı avtomobilin yük yerindən 5 ədəd "Samsung Galaxy J3 Pro Gold", 10 ədəd "Samsung Galaxy J3 Pro Black", 5 ədəd "Samsung Galaxy A3", 1 ədəd "Samsung Galaxy A5 Gold" markalı mobil telefonlar və aksesuarları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>