Sizin link burada

Elman Rüstəmov: "Manat sabitləşib"

“Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlarla üzləşib. Prezident İlham Əliyevtərəfindən irəlin sürülən yeni iqtisadi inkişaf strategiyası və islahatlar proqramı dünyada baş vermiş maliyyə böhranından sonra formalaşan yeni situasiyaya uyğunlaşmağa və  yeni iqtisadi artım və inkişaf modelinin formalaşmasına yönəlib".


"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

Onun sözlərinə görə, bu gün ölkə qarşısında duran ortamüddətli prioritetlər makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi şaxələndirməni hərtərəfli dəstəkləyən institusional çərçivənin tamamlanması, insan kapitalının və innovasiyaların inkişafı, maliyyə sektorunun restrukturizasiya proseslərinin tamamlanması və maliyyə-pul bazarlarının inkişafı və bu əsasda iqtisadi artımın sürətləndirilməsi, ölkə əhalisinin yaşayış standartlarının daha da yaxşılaşdırılmasından ibarətdir.

 

Baş bankir qeyd edib ki, yeni dövrün çağırışlarına uyğunlaşma siyasətinin həyata keçirilməsi artıq özünün ilkin müsbət nəticələrini verməkdədir: "2017-ci ilin ötən dövründə makroiqtisadi sabitlik trendlərinin güclənməsi, bu əsasda iqtisadi artımın bərpa edilməsi müşahidə olunub. İqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması istiqamətində həyata keçirilmiş tədbirlər və şaxələndirmə istiqamətində verilən qərarların təsiri də ölkənin tədiyyə balansının yaxşılaşdırıb".

E.Rüstəmov əlavə edib ki, 2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. O, vurğulayıb ki, bu ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 12%-dək artıb və ÜDM-in həcmini üstələyib: "Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb".

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>