Sizin link burada

Bakıda dəhşət: özünü 17-ci mərtəbədən atdı - SƏBƏB MƏLUM OLDU - YENİLƏNİB

Sentyabrın 19-da 31 yaşlı kişinin özünü Bakının mərkəzində binanın 17-ci mərtəbəsindən ataraq intihar etməsi hadisəsinin səbəbi məlum olub. Lent.az xbər verir ki, Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən binadan özünü atan 31 yaşlı Nuri Mirzəyevin ağır xəstəliyə düçar olması və bu səbəbdən dərin psixoloji sarsıntı keçirməsi məlum olub.

 

Xəstəliyi ilə bağlı öyrənəndən sonra bir neçə dəfə intihar edəcəyini deyən N.Mirzəyev həmin gün yaşadığı evin yaxınlığındakı binanın qarşısına gələrək özünü atmağa çalışıb. O, bina sakinlərindən birinin kodlu qapını açması zamanı dərhal dəhlizə keçib və liftlə sonuncu - 17-ci mərtəbəyə qalxaraq özünü atıb.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

 

*****

 

19 sentyabr

 

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, naməlum şəxs özünü Nəsimi rayonu ərazisində, Akademik Mirəli Qaşqay küçəsi 36 ünvanındakı 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. İntihar edən şəxsin 30-35 yaşlı kişi olduğu və həmin ünvandakı binada yaşamadığı bildirilir.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intihar edən şəxsin kimliyi dəqiqləşdirilir. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>