Sizin link burada

Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürdü - YENİLƏNİB

 

Bakıda Nərimanov rayonunda yolu keçmək istəyən 30 yaşlı kişini vurub öldürən "Lexus" markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobilin sahibi bəlli olub. 

Lent.az Report-a istinadən xəbər verir ki, sürücü  Mehdizadə Toğrul Nizami oğludur. Hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

 

17. 09 2017

 

09:39

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Nərimanov rayonunda "Lexus" markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 30 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Mərdəkan yolunda "Wolksfagen" markalı avtomobil 26 yaşlı qızı vurub öldürüb.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>