Sizin link burada

Azərbaycanda "Kredit Zəmanət Fondu" ASC yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman verib.

 

Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının "Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılır. 

 

"Kredit Zəmanət Fondu” ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir. 

 

Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır. 

 

Cəmiyyətin Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır;

 

Fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə İşçi qrup yaradılır: 

 

İşçi qrupun rəhbəri

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri

İşçi qrupun üzvləri

Asif Qasımov – Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar departamentinin direktoru

Asim Zülfüqarov – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru

Samir Hümbətov – Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri

Xalid Əhədov – “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Cəlal Qasımov –“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Nuran Kərimov –“Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin idarəedici partnyoru

Vüqar Əliyev – “KPMG Audit Azərbaycan”Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru.

 

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>