Sizin link burada

"Rusiya nə vəkildir, nə də prokuror" - Rusiyalı senator

 

"Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin xarici və daxili siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib.
 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan rusiyalı senator münaqişə tərəflərinin özlərinin güzəştli həll yolunu tapmalı olduğunu söyləyib: "Rusiya nə vəkildir, nə də prokuror. Ümid edirik ki, tərəflər özləri güzəştli həll yolu tapacaq".

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>