Sizin link burada

Britaniyalı nazirin arzusu: ""Qarabağ" "Çelsi"ni 7-0 məğlub etsin"

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.
 
APA-nın xəbərinə görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.
 
Nazir Azərbaycan komandasına "Çelsi"ni Bakıda  7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: "Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, "Çelsi-Qarabağ" oyununda komandanız məğlub oldu,  təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq".
 
O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: "Onun adı Britaniyanın futbol tarixinə yazılıb".

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>