Metronun bu stansiyalarında konsert olacaq

 

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü münasibətilə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.
 
 
Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub: 
 
 
 
- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30; 
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.
 
Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.
 

 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>