Bakıda 6 avtomobildən oğurluq etmiş şəxs tutuldu

Bakıda xuliqanlıq etmiş şəxsin digər cinayətləri aşkarlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xuliqanlıq etməkdə şübhəli bilindiyinə görə tutulan Elmin Babayevin ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin aprel-iyun ayları ərzində rayon ərazisində 6 avtomobildən pul, maqnitafon, səsgücləndiricilər, təmir-tikinti alətlərləri və məişət əşyaları oğurlaması müəyyən edilib.

 

 

Araşdırma aparılır.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>