Sizin link burada

Bakıda qadına zor tətbiq edib soyan şəxs tutuldu

Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 13-də Yasamal rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadına qarşı zor tətbiq edərək içərisində pul və mobil telefon olan pulqabını alıb.

 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Aslanov tutulub.

 

Araşdırma aparılır.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017

Digər xəbərlər >>>