Qəbələdə “Köşem” - türk restoranı açıldı

“Köşem” - türk restoranı artıq Qəbələdə açıldı.

 

Dəbli, rahat, eyni zamanda dadlı təamların dadına baxmaq istəyənlər Qəbələdə fəaliyyətə başlamış, “Köşem” adlı, türk restoranına təşrif buyura bilərsiniz.

 

Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən və “Park Kafe”də kanatın altında yaradılan “Köşem” türk restoranı sevdikləri ilə birlikdə zövqlü bir məkanda vaxt keçirməyi istəyənlərin üzünə açıqdır. Qonaqlar bu restoranın interyerindəki hər bir elementə heyran olacaqlar.

 

Belə ki, “Country Side” və “Classic” interyerində qurulan restoran Qəbələdə ilk xalis ailəvi türk restoranı olacaq!

“Köşem” restoranı Qəbələnin dağları, çay, park və kanat panorama ilə əhatə olunub. Qonaqlar 2 və 4 nəfərlik masalarda əyləşə bilərlər. “Köşem” restoranının həyəti ilə daxil 130 nəfər qonağı qəbul etmək gücündədir.

 

Qeyd edək ki, “Köşem” restoranı öz qonaqlarına Türk mətbəxinin müxtəlif çeşidli təamlarını təqdim edir. Burada hər bir qonaq öz dadına uyğun yemək növləri sifariş edə bilər. Hazırda özünün zəngin mətbəxi və peşəkar aşpazları sayəsində daima müştərilərinin etibar və sevgisini qazanan restoran, hər ötən gün öz yeməklərinin sayını artırmaqda davam edir. Buraya təşrif buyuran istər yerli, istərsə də əcnəbi qonaqlar məkandakı peşəkar xidmətə vurularaq, restoranın daimi müştərisinə çevriləcək.

 

Dadlı təamlarla yanaşı restoranın interyerinə diqqət edənlər bu restorandakı hər bir dizayn elementinə heyran qalacaqlar.
İşgüzar nahar yeməklərini 2 nəfərlik masa, xoş günlərini isə 4 nəfərlik masa ətrafında keçirmək istəyənlər bunu “Köşem” restoranında həyata keçirə bilərlər.

 

 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>