Sizin link burada

Hava limanında həbs edilən "vəzifəli şəxs"ə 8 İL HƏBS TƏLƏBİ

 

 

Dələduzluqda təqsirləndirilən İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindən hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında İ.Abbasovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə sentyabrın 21-də davam edəcək.

 

 

Qeyd edək ki, İ.Abasov 2007-ci ilin iyul ayında təmsil etdiyi "Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş nəzarət şurası" Ədliyyə Nazirliyində müvafiq qaydada hüquqi şəxs kimi qeydiyyata alınmadığı halda, özbaşna özünü vəzifəli şəxs kimi, yəni həmin şuranın Nərimanov rayon nümayəndəliyinin rəhbəri kimi təqdim edərək, heç bir hüquq və səlahiyyəti olmadan Cuma Ömərova qarşı dələduzluq edən Cavid Kərimbəyli, Gülazə Nuriyeva, Sahil Quliyev və başqalarını şuranın inzibati binasına dəvət edib, orada həmin şəxslərdən izahat alıb. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İntiqam Sərdarlıya onun atası Bəxtiyar Hüseynovu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində ibtidai istintaq aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik) maddəsi ilə ittihamı daha yüngül ittihamla CM-nin 234.1-ci maddəsinə dəyişdirəcəyini vəd edib. O, bu adla tanışları Şakir Həşimov və Təyyar Şirinovun vasitəsi ilə 2008-ci ildə ümumilikdə İ.Sərdarlıya 40 min 561 manatını dələduzluq yolu ilə ələ keçirib. Daha sonra zərərçəkmişlərin şikayəti əsasında İ.Basovun barəsində cinayət işi başlanıb. Lakin o, istintaqdan yayınaraq, Rusiyaya qaçıb. 2009-cu ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə İ.Abasovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə onun barəsində axtarışla bağlı qərar çıxarıb. 2017-ci ilin fevral ayının 16-da İ.Abasov Quba Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində Beynəlxalq Hava Limanında saxlanılıb. O, CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunur.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>