Sizin link burada

79 yaşlı kişinin intihar səbəbi bəlli oldu - YENİLƏNİB

Bakıda 79 yaşlı kişinin intiharının səbəbi məlum olub. Lent.az xəbər verir ki, Xətai rayonu Ş.Mirzəyev küçəsi 5 ünvanındakı mənzildə özünü zəhərləyərək intihar edən yaşayan 1938-ci il təvəllüdlü Baxşəliyev Siyavuş Hidayət oğlunun həyat yoldaşının bir neçə ay əvvəl vəfat etdiyi məlum olub. Xanımının yoxluğuna dözə bilməyən ahıl kişi artıq yaşamaq istəmədiyini deyirmiş.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 
*****
 
 
 
9:27
 
 
Bakıda 79 yaşlı kişi intihar edib.
 
Lent.az-ın məlumatına görə, Xatai rayon sakini, 1938-ci il təvəllüdlü Siyavuş Hidayət oğlu Baxşəliyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içərək özünü zəhərləyib. 
 
Xəstəxanaya yerləşdirilən qocaya həkimlər tərəfindən köməklik göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xatai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>