Kürdəmirdə mikroavtobusla yük maşını toqquşdu - ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşub.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>