Şimali Koreya növbəti raket sınağına hazırlaşır

Şimali Koreya növbəti raket sınağına hazırlaşır.

 

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən xəbər verib.

 

Məlumata əsəsən, son 48 saat ərzində start meydançalarında müvafiq işlərin aparıldığı, raket yüklü zirehli texnikanın hərəkəti müşahidə olunub.

 

Ötən gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>