Şəmkirdə vurulan piyada xəstəxanada öldü - YENİLƏNİB

Şəmkirdə “Mercedes” markalı avtomobillə vurulan piyada ölüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən axşam avtomobillə vurularaq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən 1998-ci il təvəllüdlü Seyfəli kənd sakini Musayev Çingiz Gündüz oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

 

Qeyd edək ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

***

 

Şəmkirdə avtomobil piyadanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vurub.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>