Sizin link burada

Məşhur futbolçu heyətdən çıxarıldı - artıq çəkiyə görə

Çinin “Şanxay Şenxua” klubunun futbolçusu Karlos Teves heyətdən çıxarılıb.

 

Qol.az-ın məlumatına görə, bu qərarı komandanın yeni baş məşqçi Vu Tsinsu verib.

 

Teveslə yanaşı, yarımmüdafiəçi Freddi Quarin də heyətdən kənarlaşdırılıb. Baş məşqçi onların artıq çəkiləri olduğu üçün belə qərar qəbul etdiyini bildirib: "Mən futbolçular və nəticələrə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Siz komanda naminə hər şeyi edə bilmirsizsə, onda heyətdən kənarda qalacaqsız" - deyə o qeyd edib.

 

Teves bu mövsüm 12 oyunda meydana çıxıb və 2 qol vurub. Quarin isə 12 oyunda 6 dəfə fərqlənib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>