Elzanın bacısı müğənniliyə başlayır - VİDEO

Əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan müğənni kimi tanınmaq iddiasındadır. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan E.Seyidcahan bildirib ki, bu yolda ona dəstək olacaq: “Rasimə bacım bir müddət Çində, Amerikada yaşadı, indi də birgə işimiz olan layihə üçün Bakıya gəlib. Yaxın müddətdə gözəl-gözəl romanslar, mahnılar təqdim edəcəyik”.

 

Əməkdar artistin bacısı R.Seyidcahan da fikirlərini bölüşüb: “Tanınmaq istəyi hər kəsdə var. Elə insanlar da var ki, məşhur olmaq istəməyiblər, amma həyat belə gətirib ki, tanınmış olublar. Hər zaman özümə çox kirtik yanaşmışam. Bu da mənim ən mənfi xüsusiyyətimdir”. 

 

 

 

 

 

 

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>