“Qarabağ”ın hansı futbolçusu dopinq-testə aparılıb?

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev dopinq-testdən keçib. Bu barədə apasport.az saytına futbolçu özü məlumat verib.

 

Adətən, UEFA-nın bayrağı altında keçirilən bütün qarşılaşmalardan sonra hər iki komandanın bəzi oyunçuları testdən keçirilir. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə dünənki qarşılaşmadan sonra da Qarayevdən analiz götürülüb.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə nəticələnib.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>